ООО KONSIS

Азербайджан
Сферы деятельности

СМИ, маркетинг, реклама, BTL, PR, дизайн, продюсирование

ООО KONSIS

Haqqımızda 

www.konsis.az

Konsis Group 2006-cı ildən bəri Konfransların təşkili, Tədbirlərin audio-video avadanlıqla texniki təchizatı və Tərcümə üzrə aparıcı şirkətdir. 35 nəfərlik heyət və 200-dən çox texniki mütəxəssis və tərcüməçilərdən ibarət komandası ilə Konsis Group baş ofisi Bakı şəhərində olmaqla əsasən Post-Sovet ölkələrində əlaqə ofislərinə malikdir.

 

MICE (işgüzar görüşlər, konfrans və sərgilər), PCO (konqreslərin təşkili), Konfrans avadanlığının icarəsi, Missiyalara dəstək və Tərcümə sahəsi üzrə 10 ildən artıq uğurlu təcrübəyə malik Konsis şirkəti ABŞ, Avropa və digər beynəlxalq müştərilərinə yüksək peşəkarlıq və keyfiyyət ilə xidmət edir.

 

Konsis Group Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu tərəfindən 2011-ci ildə ilin Tədbir Təşkilatçısı Şirkəti nominasiyası üzrə mükafat ilə təltif olunmuşdur.

 

Regionda davam edən iqtisadi böhran vəziyyətinə baxmayaraq Konsis Group Tədbirlərin Səhnə Tərtibatı və Texniki İnfrastruktur üzrə sərmayə yatırmaqdadır və peşəkar təşkilatlar ilə əməkdaşlıq çərçivəsində ən son texnologiyalar üzrə təcrübə mübadiləsi aparmaqda davam edir.

 

Konsis Group Konfransların, Konqreslərin təşkili, Tədbirlərin texniki təchizatı və Dilçilik sahəsi üzrə MDB məkanında 1 nömrəli seçim olmağa doğru irəliləyir.

 

Konsis-də Karyera

 

Konsis ailəsi olaraq ən güclü cəhətimiz hər zaman çox dəyər verdiyimiz komandamız olmuşdur. Əməkdaşlarımızın hər biri öz sahəsində təcrübəli mütəxəssislərdir. Ailəmizə yeni qoşulan üzvlərin arzu olunan səriştəyə malik olması üçün insan resurları üzrə infrastruktur fəaliyyətlərimizi mütəmadi davam etdirərək sektorda ən qabaqcıl şirkətlərdən biri olmaq və iş mühiti olaraq, iş axtaranların ürəklə seçim etdiyi şirkət olmaq üçün çalışırıq.

 

İnsan resursları siyasətimizin təməlində biznes strategiyamıza uyğun talantlı kadrların onlara uyğun pozisiyalara işə cəlb olunması, həmin kadrların iş mühitində rahat olacaqları, sevərək işləyəcəkləri, Konsisi lazımınca təmsil edəcəkləri və uzun müddətdə qarşılıqlı faydalı olacağımız bir struktur yaratmaq durur.

 

İşəgötürmə prosesində istər müraciətlərin qiymətləndirilməsi, istərsə də müsahibə zamanı diqqət etdiyimiz ən əsas faktor potensial namizədin bilik, bacarıq və təcrübəsi ilə yanaşı Konsisin korporativ mədəniyyətinə uyğunluğudur. Təcrübə göstərmişdir ki, korporativ mədəniyyətə və müştəri mərkəzli iş mühitinə uyğunlaşa bilən, çalışqan olan, peşəkar və fərdi inkişafına diqqət edən əməkdaşlarımız uzun müddət bizimlə çalışmağa davam edirlər.

 

Konsis-də staj

 

Konsis müxtəlif Universitetlərlə əməkdaşlıq edərək 3-cü və 4-cü kurs tələbələrinin təcrübə qazanması üçün şərait yaradır. Bu fürsətdən sadəcə tələbələr deyil, artıq məzun olmuş amma təcrübə qazanmaq istəyən namizədlər də faydalana bilər. İş və staj üçün müraciətlərinizi hr@konsis.az ünvanına göndərə bilərsiniz.

Компания не разместила информацию об открытых вакансиях.